Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayan Fransa tərəfindən istifadə edilib - FOTO
Azərbaycanda casusluqda şübhəli bilinərək həbs edilən fransalı Martin Rayanın atası “Associated France Press”ə verdiyi müsahibədə oğlunun casusluqda əli olduğunu açıqlayıb.
Kişinin sözlərinə görə, Rayan atası ilə son telefon danışığında onun işi ilə Fransa - Azərbaycan diplomatik gərginliyi arasında əlaqə olduğunu qeyd edib.
“O, bir gün dedi ki, məndən alət kimi istifadə etmək istəyirlər”, - deyə Rayanın atası bildirib.
Yaşlı şəxs oğlundan istifadə etmək istəyənlərin Azərbaycandan qovulan iki fransalı diplomat olduğuna da eyham vurub.
Sual yaranır: Diplomatik toxunulmazlıqdan istifadə edən və casusluğa görə ölkəmizdən çıxarılan Fransa kəşfiyyatçıları Martin Rayandan necə “alət” kimi istifadə etmək istəyiblər?
Əminik ki, istintaq bu və bir çox digər suallara cavab verəcək. Bununla belə, Martin Rayanın diplomat pərdəsi altında ölkəmizdən qovulmuş kəşfiyyatçılarla əlbir hərəkət etməsi, artıq heç kəsdə şübhə doğurmur. Bu onun qoca atasının təsadüfən dilindən qaçırdığı açıqlamalarla da öz təsdiqini tapır.
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ