Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda yeddi nəfərin prezidentliyə namizədliyi qeydə alınıb - SİYAHI
Mərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb.
Oxu.Az bildirir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qərar barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb.
Buna qədər MSK İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə almışdı.
Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.
"MSK" teqi üzrə xəbərlər
- Yanvarın 29-da ölkə üzrə neçə seçki məntəqəsi fəaliyyət göstərəcək?
- Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi
- Məzahir Pənahov qeydə alınan namizədlərin ən son sayını AÇIQLADI
- Bələdiyyə seçkisi ilə əlaqədar seçki bülletenlərinin çapına başlanıldı
- Bələdiyyə üzvlüyünə namizədlər müəyyənləşib