Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 613 milyon ABŞ dolları təşkil edib.
Bu barədə qurum xəbər yayıb.
Məlumata görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 9,4% çoxdur.
AMB-nin valyuta ehtiyatları son bir ildə isə 29,1% artıb.