Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakı iki müttəfiqi, Ankara və Təl-Əvivin arasında hansı rolu oynayır?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, ABŞ-nin "Foreign Policy Association" informasiya agentliyi xəbər verir ki, Azərbaycan son dövrlərdə özünün iki mühüm müttəfiqi - Türkiyə və İsrail arasında müvazinəti saxlamağa çalışır.
Mənbə bildirib ki, bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham Baş Qərargahı ABŞ-nin Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunan "Azərbaycan Türkiyə-İsrail münasibətlərini yaxşılaşdıra biləcəkmi?" başlıqlı məqaləsində yazıb.
Müəllif iki müttəfiqimiz arasındakı münaqişəli vəziyyətin ölkəmizin maraqlarına cavab vermədiyini və bunu nəzərə alan Azərbaycanın vasitəçilik üçün bütün mümkün diplomatik vasitələrdən istifadə etməyə çalışdığını vurğulayıb. Niderlandın "Commonspace.eu" nəşrində "Donald Trampın yeni dövrü və Azərbaycan - strategiya və gözləntilər" başlıqlı xəbərdə qeyd olunur ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində D.Trampın gələcək Administrasiyası ilə münasibətlər məsələsinə toxunub.
Pakistanın "The Europe Today" nəşri "Üçtərəfli əməkdaşlıq gücləndirilir" başlıqlı xəbər yayımlayıb. Mənbə bildirir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak edib.
Qeyd olunub ki, görüşdə regional əməkdaşlıq, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və nəqliyyat şəbəkələrinin inkişafı müzakirə olunub.
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Elməddin Cəfərov: "Fərda dedi ki, onun torbasını tikmişəm"
- Azərbaycan Suriyanın quruculuğunda niyə iştirak edir?
- "Keşlə bazarı"nın yeni ünvanında yaranan problem
- Torpaqlarımızın azadlığı uğrunda döyüşmüş məhkumlarla bağlı təklif - Xəbərlərin 20:00 buraxılışı
- Amerikanın ən simic milyarderi: Pula görə övladının dəfninə getmədi