Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 20-ci sessiyası keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirin açılış mərasimində İƏT ölkələrinin parlamentlərinin spikerlərinin və müavinlərinin, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.
Sessiya çərçivəsində təşkilatın qarşıda duran əsas vəzifələri ətrafında fikir mübadiləsi aparılacaq.
İyunun 25-nə qədər davam edəcək tədbirə 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələri qatılıb.
"Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə ümumilikdə 400-dən artıq nümayəndənin iştirakı gözlənilir.