Belçika müstəmləkəçiliyinə həsr edilmiş tədbir ölkəmizin paytaxtı Bakı şəhərində ilk dəfə olaraq keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri - Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, diplomatlar və rəsmi şəxslər iştirak edib.
Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları, reparasiya məsələləri üzrə ekspertlər qatılaraq Belçikanın müstəmləkə cinayətlərini və onun neokolonial siyasətini, xüsusilə müstəmləkəçilikdən irəli gələn kompensasiya (reparasiya) məsələlərini müzakirə ediblər.
Bakı Təşəbbüs Qrupu (BTQ) beynəlxalq hüquq çərçivəsində Belçikanın müstəmləkələrində törətdiyi cinayətlərə görə kompensasiya tələbinin beynəlxalq müstəviyə daşınması və mövzunu beynəlxalq təşkilatların gündəliyinə salınması istiqamətində iş aparıb.
Qeyd edək ki, Belçika müstəmləkəçiliyi Konqo Demokratik Respublikasında 10 milyon insanın ölümünə, on minlərlə əlin kəsilməsinə və mədəni resursların talan edilməsinə səbəb olub.
Bu müstəmləkəçilik Ruanda və Burundidə 1933-cü ildə 600 min etnik kimlik kartı paylamaqla etnik bölünmə siyasəti aparması müstəqillik dövründə soyqırımlarına (1994-cü il 800 min qətl, 1972-ci ildə isə 150 min qətl hadisəsi) zəmin yaradıb.
1940-1950-ci illərdə 20 000 metis uşaq zorla ailələrdən alınaraq Belçikaya göndərilib.
Belçikada yerləşən Tervuren muzeyində Belçika müstəmləkəsi dövründə 180 min talan edilmiş artefakt saxlanılıb.
Ruandadan Tervuren muzeyinə 40 000-dən çox mədəni artefakt (maskalar, könüllü alətlər) talan edilərək aparılıb.
BMT tərəfindən 2019-cu ildə dərc edilmiş hesabatda Belçikanın müstəmləkə altında saxladığı ölkələrə vurduğu ziyana görə faktların aşkar edilməsi üçün komissiyanın qurulması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə edilib.
Hesabatda Konqo Demokratik Respublikası üçün 500 milyard avro, Burundi üçün 36 milyard avro reparasiya tələb olunub.
Belçika keçmiş müstəmləkə ərazilərində resurslara, xüsusilə kobalt mədənlərinin 80%-nə nəzarət edərək neokolonial istismarı davam etdirir.
Aygün Mirakif