Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda D-8 ölkələrini təmsil edən QHT-lərin görüşü başlayıb
Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günündə D-8 ölkələrini təmsil edən qeyri-hökumət təşkilatlarının Bakı görüşü keçirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, görüşdə Qlobal Cənubu təmsil edən qeyri-hökumət qurumlarının rəhbərləri və nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, aprelin 28-də Bakıda təsis edilən Qlobal Cənub QHT Platforması dünya əhalisinin təqribən 80%-nin yaşadığı 116 ölkədən olan nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir.
Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.
"Qlobal Cənub QHT Platformasının təsis konfransı" teqi üzrə xəbərlər
- Azərbaycan Qlobal Cənub QHT Platformasına rəhbərlik edəcək
- Muxtar Babayev: "Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələlərdəndi"
- Muxtar Babayev Qlobal Cənub ölkələrini birliyə çağırıb
- Bobur Bekmurodov: "Azərbaycan Prezidentinin təşəbbüsləri digər ölkələr üçün nümunə olmalıdır"
- Aygün Əliyeva: "Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici rolunu gücləndirir"