Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Muxtar Babayev: "Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələlərdəndi"
"Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələlərdən biri idi".
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Prezidentin İqlim Məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı deyib.
"Cənab Prezidentimizin rəhbərliyi altında COP29 yüksək səviyyədə təşkil olunmuşdu və uğurlu nəticələr verdi. Qarşıya qoyulmuş inklüziv və şəffaflıq prioritetlərinin həyata keçirilməsində QHT-lər, gənclər və qadınlar təşkilatlarının bizimlə birgə fəaliyyət göstərməsinə çalışırdıq. 2024-cü ildə vətəndaş cəmiyyəti ilə ölkədə və BMT platformalarında çoxlu gərgin görüşlər keçirildi. Bu prosesdə biz daim QHT-lərin dəstəyini hiss etdik. COP29-un birinci məqsədi inkişaf etmiş ölkələri inkişafda olan ölkələrə maliyyə dəstəyi verməyə razılaşdırmaq idi. 300 milyard dollar donor maliyyə ayrılmasını təmin etməyə çalışdıq. İndi karbon bazarına özəl sektordan milyardlarla dollar ayrılır. "İtki və ziyan" fondu - maliyyə proqramlarının kompensasiyası üçün nəzərdə tutulmuş bu ikinci məqsəd də COP29 zamanı uğurla baş tutdu. Üçüncü məsələ isə Qlobal Cənub Platforması idi ki, bu da əməkdaşlıq üçün olduqca mühüm hadisədir", - deyə o əlavə edib.
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- Muxtar Babayev Qlobal Cənub ölkələrini birliyə çağırıb
- Türkiyəli nazir Azərbaycana təşəkkür etdi
- Prezident Muxtar Babayevi nazir vəzifəsindən azad etdi: YENİ TƏYİNAT
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- Muxtar Babayev: "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur"