Baş Prokurorluqda bəzi idarələrə yeni rəislər təyin edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb. Baş prokurorun əmri ilə Natiq Saleh oğlu Abdullayev Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Fazil Əsgər oğlu Həsənəliyev Elm-Tədris mərkəzinin rəisi, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin rəisi təyin edilib.
Kamran Əliyevin digər əmri ilə Ceyhun Sultan oğlu Kazımov Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin olunub.
Samir Əli