"Türkiyənin Kütləvi Mənzil Tikintisi İdarəsinin (TOKİ) rəhbəri Mustafa Levent Sunqur Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir.
O qeyd edib ki, şəhərdə "Azərbaycan məhəlləsi"nin salınması Azərbaycanla Türkiyə arasında birliyin və qardaşlığın göstəricisidir.
Türkiyənin Kahramanmaraş vilayətinin valisi Mükerrem Ünlüer isə qeyd edib ki, Azərbaycanın göstərdiyi vəfa və qardaşlıq heç vaxt unudulmayacaq:
"250 mininci mənzilin açılışı ilə vətəndaşlarımıza evlərini təhvil verəcəyik. Bu, gələcəyə ümidin və dövlətlərimizin gücünün rəmzidir".