Bir qrup şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edilib.
Oxu.Az xəbər verir ki, təqdimat mərasimi Bakıda keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusuna həsr olunmuş II beynəlxalq konfransda baş tutub.
Sertifikatlar ümumilikdə 16 nəfərə verilib:
- Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri (2014-2023), deputat Mövlud Çavuşoğlu,
- İrəvan xanı Hüseynəli xanın törəməsi Əmir Əli Sərdar İrəvani,
- Ədalət və İnkişaf Partiyasının sədr müavini, deputat Zafer Sırakaya,
- Qərargahı Brüsseldə yerləşən Ümumdünya Pan-Afrika Qadın Liderləri Hərəkatının Baş katibi Aişa Başa,
- Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım,
- İsveçrədə fəaliyyət göstərən Su, Ətraf Mühit və Sağlamlıq Qlobal İnstitutunun təsisçisi və baş direktoru, İsveçrə Su Tərəfdaşlığı və Asiya Su Şurasının üzvü Nidal Salim,
- Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Cantürk Alagöz,
- Amerikan Dini Azadlıq Mərkəzinin rəhbəri Cannah Skott,
- Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini, deputat Orhan Erdem,
- Rumıniyada fəaliyyət göstərən İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zaqura,
- Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal,
- Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Talqat Kaliyev,
- Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəxri doktoru, Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunan Quram Marxuliya,
- Türkiyədə Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Yaşar Sarı,
- "Economyfirst Limited London" şirkətinin direktoru, tanınmış jurnalist Klaus Peter Ralf Yürgens,
- İtaliyanın beynəlxalq məsələlər üzrə "Opinio Juris - Hüquq və Siyasət İcmalı" jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Chabert.
Mərahim Nəsib