Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bu həftə bələdiyyə seçkisi ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu həftə bələdiyyə seçkisi ilə əlaqədar səsvermə protokolları hazırlanacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, protokollar Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə müvafiq poliqrafiya müəssisəsində hazırlanmalıdır.
Bu, səsvermə gününə ən geci 30 gün qalanadək, "Təqvim Planı"na uyğun olaraq, 2024-cü il dekabrın 30-dək başa çatdırılmalıdır.
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkisi 2025-ci ilin yanvarın 29-na təyin edilib.
"Bələdiyyə seçkisi" teqi üzrə xəbərlər
- MSK bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı MSK-ya 43 şikayət daxil olub"
- Türkiyədə MARAQLI HADİSƏ: 20 il sürücü kimi çalışdığı qurumun sədri seçildi
- MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb