Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunacaq
Azərbaycan prezidenti İlham Əliyev yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək göstərişi verilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib
- Putin MDB-dən olan həmkarlarına və Pezeşkiana Novruz təbriki ünvanlayıb
- "Haber Global": "Mərhum Prezident Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi"
- Prezident İlham Əliyevlə Özbəkistan lideri Şavkat Mirziyoyev arasında telefon danışığı olub
- Şuşada Novruz bayramına özəl möhtəşəm konsert proqramı keçirildi