Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sus kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub
Bu gün növbəti köç karvanı ilə Laçının Sus kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
Bununla da Sus kəndində 59 ailənin və ya 215 nəfərin məskunlaşması təmin edilib.
15:56
Bakı şəhərinin Qaradağ rayonundan Laçın şəhərinin Sus kəndinə yola salınan köç karvanı yurda çatıb.
"Report" xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
07:36
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Laçın rayonunun Sus kəndinə yola salınıb.
Oxu.Az bildirir ki, bu mərhələdə daha 39 ailə (140 nəfər) öz doğma yurduna köçürülür.
06:44
Laçın rayonunun Sus kəndi bu gün əzəli sakinlərinin daha bir qrupunu qarşılamağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Bu mərhələdə Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın rayon Sus kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova
"Sus kəndi" teqi üzrə xəbərlər
- Sus kəndində ilk körpə dünyaya gəlib
- Kənd sakini: "43 yaşıma kimi Zabuxda belə sel görməmişdim"
- İmdad Əlizadə: "Doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərdən də müraciətlər alırıq"
- Keçmiş məcburi köçkün: "Otuz il bundan öncə Laçından gözüyaşlı çıxmışdıq"
- Sus sakini: "30 il idi ki, Bakıda kirayələrdə, çətin vəziyyətdə yaşayırdım"