Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölkeni qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlər, eləcə də əməkdaşlığın, xüsusilə iqtisadiyyat və siyasət sahələrində daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Qaynar xətt:
(055) 224 12 12