Azərbaycan presidenti İlham Əliyev Eldar Qasım oğlu Nuriyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Eldar Qasım oğlu Nuriyev bu ordenlə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.