ATƏT-in Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.
“Minsk qrupu ölkələri son vaxtlar etimad sözünü ortaya atıblar. Ancaq bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy, gedib o etimadı ermənilərə öyrətsinlər, o şərti ermənilərin qarşısında qoysunlar”, - deyə Ə.Həsənov vurğulayıb.
ATƏT-in Minsk qrupunun öz mahiyyətini itirdiyini deyən Ə.Həsənov Azərbaycan xalqının bu quruma inanmadığını qeyd edib.