Ermənistanın Ədliyyə Nazirliyi bəyan edir ki, yerli rəhbərliyin kənd təsərrüfatı təyinatlı torpaqları qonşu dövlətə vermək hüququ yoxdur.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ermənistanın bir sıra siyasətçi və ekoloqları ölkə rəhbərliyinin İranla sərhəddə yerləşən və kənd təsərrüfatı təyinatlı torpaqlarının İranın sərhədyanı əyalətlərindən olan fermerlərə verilməsi planları ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Sazişin əleyhdarları bəyan edirlər ki, o, minimal qazanca görə ölkənin milli təhlükəsizliyinə zərbə vura bilər. Belə fikir dolaşır ki, Sünik vilayətinə etnik azərbaycanlı olan iranlı fermerlər köçərlərsə, bu, əlavə təhdid yaradacaq.
Müqavilə yanvarda bağlansa da, ictimaiyyətə bu barədə yalnız bir aydan sonra, Ekolur ictimai təşkilatının açıqlamasından sonra məlum olmuşdu.
Müqaviləyə əsasən, Sünik vilayət administrasiyası kənd təsərrüfatı təyinatlı 52 000 hektar ərazini 10 il müddətində icarəyə verəcək və hər il 1,3 milyon dollar pul qazanacaq.