Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ermənistan prezidenti sərhəd delimitasiyası komissiyalarının reqlamentini TƏSDİQLƏDİ
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların iş qaydasını təsdiqləyib.
Oxu.Az bu barədə Ermənistan KİV-lərinə istinadən xəbər verir.
Daha əvvəl Ermənistan parlamenti sənədi ratifikasiya edib. 67 deputat "lehinə" səs verib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməni avqustun 30-da imzalayıblar. Qaydalara delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtib edilməsi, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtib edilməsi, ekspert qruplarının işi daxildir. Sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının iş qaydası ilə bağlı qərar çıxarıb.
"Ermənistan parlamenti" teqi üzrə xəbərlər
- Ermənistan prezidenti Aİ-yə qoşulma prosesini başlatmaq haqqında qanunu imzaladı
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- Ermənistan parlamenti iki deputatın toxunulmazlığını ləğv edib
- Xronika: Paşinyan Azərbaycana dəhliz verib, sadəcə olaraq, bunu "yol" adı altında gizlədir?
- İcma: "Aİ-Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin yekun sənədini tamamilə rədd edirik"