Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BMT rəsmisi: "Fransa hökuməti Yeni Kaledoniyada etirazçılara qarşı həddən artıq güc istifadə edib"
BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini Xose Manuel Santos Pais Fransanın bu quruma təqdim etdiyi hesabatı kəskin tənqid edib.
"Report"un məlumatına görə, Cenevrədə BMT İnsan Haqları Komitəsinin 142-ci sessiyasında çıxış edən X.Pais Fransanın bu hesabatının əvvəlkinə nisbətən geniş olmadığını deyib:
"Sizin dənizaşırı ərazilərə dair beşinci hesabatınız altıncı hesabatdan daha geniş işlənilib. Siz əvvəlki hesabatınızda BMT-nin yerli xalqların hüquqları ilə bağlı bəyanatına toxunmuş və Fransanın bu bəyanatın müddəalarına bütün ərazilərində, o cümlədən digər dənizaşırı ərazilərində əməl etməyi öhdəsinə götürdüyünü bildirmişdiniz".
O xatırladıb ki, həmin hesabatda həmçinin qeyd olunub ki, Fransa Respublikası bu xalqların ifadə etdikləri arzuları nəzərə almağa sadiqdir.
"Yeni Kaledoniya ilə bağlı isə həmin dövrdə qeyd olunurdu ki, Numea Razılaşmasının müddəaları daha çox BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyanatının müddəaları ilə uzlaşır və bu razılaşma hələ də dövlətlə yerli xalqın siyasi nümayəndələri arasında imzalanıb", - deyə o bildirib.
X.Pais qeyd edib ki, 2024-cü ilin may ayında konstitusiyaya əsaslanan və hakimiyyətin Fransadan Yeni Kaledoniyaya tədricən ötürülməsini nəzərdə tutan bir sənəd olan Numea sazişinin müddəalarına baxmayaraq, Milli Assambleya Yeni Kaledoniyanın seçici korpusunun genişləndirilməsi lehinə səs verdi:
"Bu dəyişikliklərə etiraz olaraq minlərlə kanak nümayişçisi səfərbər oldu və bu islahatların yerli xalqın nümayəndə institutları ilə əvvəlcədən sərbəst və məlumatlı şəkildə məsləhətləşilmədən həyata keçirildiyini tənqid etdi. Hakimiyyət orqanları tərəfindən kifayət qədər dialoq qurulmaması səbəbindən həmin tarixdən bəri şiddətli qarşıdurmalar baş verir".
Komitənin sədr müavini vurğulayıb ki, fransız hökuməti asayişi bərpa etmək üçün böyük hərbi qüvvələr göndərdi, lakin bu prosesdə güc tətbiqinin həddindən artıq olması ilə bağlı çoxsaylı iddialar ortaya çıxdı, nəticədə Kanak nümayişçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında bir neçə nəfərin ölümü və çoxsaylı yaralanma qeydə alındı.
O bildirib ki, "TikTok" sosial şəbəkəsi 14 gün müddətinə bloklanıb, komitəyə daxil olan məlumatlara görə, ən azı 11 nəfər güllələnərək öldürülüb, 169 nəfər yaralanıb, təxminən 1700 nümayişçi həbs olunub, onların bir qismi hətta Fransa metropoluna göndərilib.
"İnsan hüquqları müdafiəçilərinin, xüsusən də Kanak təşkilatlarından da həbslərin olduğuna dair iddialar var. Həmçinin zorakılıq aktlarının və ictimai və şəxsi əmlaka zərər vurulmasının qeydə alınmasına baxmayaraq, nümayişlərə qarşı cavab repressiv xarakter daşıyıb. Qeydə alınan zorakılıq hallarının ciddiliyi, habelə ölən və yaralananların sayı xüsusilə narahatedicidir. Görünür ki, bu ərazilərdə baş verən zorakılıqlar Numea sazişində dəyişikliklər və müstəmləkədən azad olma prosesində irəliləyişin olmaması ilə bağlıdır", - deyə X.Pais qeyd edib.
O bəyan edib ki, Ebbac Fransaya qarşı, Yaker Fransaya qarşı, hicabın qadağan edilməsi ilə bağlı 5-ci iş, Koşe Fransaya qarşı, FIA işi və Məsud Naima Fransaya qarşı ("Hebbadj vs. France", "Yaker vs. France", "Cochet vs. France") işlərinə nəzər salınsa, İnsan Haqları Komitəsinin Fransa dövlətinə ünvanlandığı qərarların heç birinin icra olunmadığı görünür.
"Beləliklə, 2015-ci ildəki yekun müşahidələrimizdən sonra, komitənin nəticələrini sizin nümayəndə heyətiniz necə qiymətləndirir? Fransa dövlətinin fikrincə, komitənin nəticələri yalnız o halda yerinə yetirilməlidirmi ki, komitə şikayəti qəbuledilməz hesab etsin və ya hökumətin arqumentləri ilə razılaşsın, amma hüquq pozuntusuna dair qərar çıxarıldıqda, nəticələrə əməl olunmasın?" - deyə X.Pais sual edib.
O, Fransa təmsilçilərindən qərarların yerinə yetirilmədiyi halda protokolu könüllü ratifikasiya etməyin mənası nə olduğunu soruşub.
Bundan başqa X.Pais 2013-cü ildə BMT-nin qətnaməsi ilə Fransız Polineziyasının qeyri-muxtar ərazilər siyahısına daxil edilməsinə baxmayaraq, Fransa bu ərazinin adıçəkilən siyahıda olmadığını bildirib.
"Neokolonializmlə mübarizə" teqi üzrə xəbərlər
- BTQ dənizaşırı ərazilərdə iqtisadi azadlığın necə boğulması haqqında hesabat hazırlayıb
- Şöbə müdiri: "Fransa idarəçiliyindəki ərazilərdə çox ciddi diskriminasiya mövcuddur"
- Gələn il BTQ-nin hesabatında kolonizasiya bölgələrinin sayı daha çox olacaq
- Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb
- Bakı Təşəbbüs Qrupu ilə Sen-Martenin Birliyi Assosiasiyası arasında memorandum imzalanıb