Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
"Ermənistan sülh sazişi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır".
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress"ə verdiyi müsahibəsində bildirib.
Paşinyan sülh müqaviləsi imzalanan zaman iddiaları geri götürməyi məntiqli adlandırıb.
"Burada iki nüans var. Onlardan biri ondan ibarətdir ki, beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin ikitərəfli formatda həlli üçün aydın perspektiv olmalıdır, ikincisi isə, aydın olmalıdır ki, digər məsələlər üzrə mübahisələr beynəlxalq platformalar formatından aradan qaldırıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməlidir", - Paşinyan bildirib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verdi
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti
- Medvedev generalın ölümünə görə Ukraynanı hədələdi - Xəbərlərin 20:00 buraxılışı