Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İcma: "Avropa Parlamenti Azərbaycana qarşı bitib-tükənməyən nifrəti nümayiş etdirdi"
"Avropa Parlamenti bu gün qəbul etdiyi qətnamə ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirdi".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
"Bu həmin Avropa Parlamentidir ki, 1988-ci ildə biz Qərbi azərbaycanlılar Ermənistan tərəfindən öz dədə-baba yurdlarımızdan deportasiya edilərkən nəinki bunu pisləmədi, əksinə keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistana birləşdirilməsinə çağırdı. Bugünkü qətnamədə hərbi canilərə, Xocalı, Qaradağlı, Ağdaban qatillərinə simpatiya ifadə etməsi ilə Avropa Parlamenti zaman dəyişsə də, xislətinin dəyişmədiyini göstərmiş oldu", - bəyanatda qeyd edilib.

"Avropa Parlamenti" teqi üzrə xəbərlər
- Marin Le Penin özü barəsindəki həbs qərarına reaksiyası açıqlandı
- Le Pen dörd il azadlıqdan MƏHRUM EDİLDİ
- Avrodeputatlar Avropa Parlamentinin yeməkxanasındakı menyudan şikayətlənirlər
- Məzhəkə mərkəzinə çevrilən Avropa Parlamenti - deputatlar ABŞ-dən Azadlıq heykəlini geri istəyirlər
- Milli Məclis Avropa Parlamentinə ETİRAZ MƏKTUBU ünvanladı