Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əziz Ələkbərli: "Ermənistan Qərbi azərbaycanlıların hamısını dədə-baba yurdlarından çıxarıb"
"Qərbi Azərbaycan İcması olaraq biz yüzminlərlə soydaşımızın doğma yurdlarına qayıtması üçün mübarizə aparırıq".
Oxu.Az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransda icmanın sədri Əziz Ələkbərli deyib.
O bildirib ki, dünya üzrə qaçqınların sayının artması təəssüf doğurur:
"Onların əksəriyyəti silahlı münaqişələrin qurbanı olub. Lakin silahlı münaqişələrin həm də məhz etnik zəmində törədildiyi unudulmamalıdır. Belə kədərli nümunələrdən biri də Ermənistanın əməlləridir. Ermənistan Qərbi azərbaycanlıların hamısını dədə-baba yurdunlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də olsa azərbaycanlı qalmayıb. Ermənistan mədəni irsimizin araşdırılması üçün UNESCO-nun ora missiya göndərməsinə icazə vermir. Çünki qəbiristanlıqlarımız, mədəni irsimizin məhv edilib".
"Biz torpaqlarımıza sülh yolu ilə qayıtmağın tərəfdarıyıq və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşırıq. Bu prosesdə beynəlxalq ictimaiyyətin rolu danılmazdır. Təəssüf ki, Ermənistan hökumətinin qeyri-konstruktiv davranışları bu prosesi çətinləşdirir", - deyə icma sədri əlavə edib.
Mərahim Nəsib
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Elnur Məmmədov: "Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik"
- XİN rəhbərinin müavini Cenevrədə Mirzoyana cavab verib
- Qərbi Azərbaycan Xronikası: "Avropada ermənilərə casus kimi baxılırdı"
- Qərbi Azərbaycan Xronikası: Alçalı Təpə, Amağu, Amasiya - Türk tarixinin izi