Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fazil Qasımov Qubad İbadoğlunu məhkəməyə çağırır
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə istintaqı davam edir.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında Fazil Qasımov bir sıra vəsatətlər qaldırıb. Bunlardan biri Qubad İbadoğlunun onun işində şahid qismində tanınmaması ilə bağlıdır. Qasımov və vəkili istintaqın bu qərarına etiraz ediblər. Onlar İbadoğlunun məhkəmədə dindirilməsini tələb ediblər: "Qubad İbadoğlu məhkəməyə gəlməlidir, onun dindirilməsi zəruridir" , - vəkil qeyd edib.
Prokuror Fuad Musayev isə indiki mərhələdə vəsatətə münasibət bildirməyin düzgün olmadığını deyib: "Hələ ittiham tərəfinin şahidlərini dindirək, sonra bu məsələyə baxarıq" , - prokuror əlavə edib.
Məhkəmə indiki mərhələdə vəsatəti baxılmamış saxlayıb. Müttəhim Qasımov daha sonra özünü təqsirsiz hesab etdiyini bəyan edərək, cinayət işinə xitam verilməsini, bu olmadıqda isə ev dustaqlığına buraxılmasını xahiş edib. O, sonuncu vəsatətində isə istintaq dövründə verdiyi bir ifadənin və 6 oktyabr tarixli üzləşmə protokolunun sübutlar siyahısından çıxarılmasını istəyib. Qasımov çıxarılmasını istədiyi ifadəsində Qubad İbadoğlunun əleyhinə danışıb. Məhkəmə ev dustaqlığı və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətləri rədd edib. Sübutlar siyahısından çıxarılma ilə bağlı məsələyə isə məhkəmə araşdırmanın sonunda qiymət veriləcəyini elan edib.
İş vaxtının bitməsi səbəbindən məhkəmə istintaqının başlaması sentyabrın 19-a qədər təxirə salınıb. Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövrü müddətində sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.
"Qubad İbadoğlu" teqi üzrə xəbərlər
- Həbsdə olan iş adamı cinayət işinə Qubad İbadoğlu ilə bir icraatda baxılmasını istəyib
- Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən iş adamı Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub
- Fazil Qasımovun məhkəməsi başlayır - Qubad İbadoğlunun işi ayrıca icraata götürüldü
- Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək
- Qubad İbadoğlunun cinayət işi üzrə YENİ QƏRAR