Filippində naməlum şəxs ölkə prezidenti Rodriqo Dutertenin paytaxt Maniladakı iqamətgahı yaxınlığında insanlara atəş açıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, insident Malakananq sarayı yaxınlığında yerləşən parkda baş verib.
Nəticədə bir nəfər yaralanıb. Dövlət başçısı həmin vaxt iqamətgahda olmayıb.
Hazırda asayiş keşikçiləri hadisənin başvermə səbəblərini araşdırır.
A.S.
www.oxu.az