Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Gələn il Asiya Parlament Assambleyasına Bəhreyn, 2027-2028-ci illərdə isə İran sədrlik edəcək"
"Asiya Parlament Assambleyasına (APA) 2026-cı ildə Bəhreyn, 2027-2028-ci illərdə isə İran sədrlik edəcək".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı, APA Azərbaycan nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev Bakıda keçirilən APA 15-ci Plenar Sessiyasında çıxışı zamanı deyib.
O əlavə edib ki, APA çərçivəsində keçirilən son toplantıda 300 min məcburi köçkünün öz evlərinə qayıdışı ilə bağlı məsələlər diqqət mərkəzində olub:
"APA bu istiqamətdə sülh və sabitlik siyasətini dəstəkləyir. Biz müvafiq tədbirlərin həyata keçirilməsi üçün səyləri davam etdirəcəyik".
Mərahim Nəsib
"Asiya Parlament Assambleyası" teqi üzrə xəbərlər
- Bakı Bəyannaməsində əksini tapan vacib məqamlar
- Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası başa çatıb
- Asiya Parlament Assambleyasının növbəti illər üçün sədrləri seçilib
- Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
- Asiya Parlament Assambleyasının komitə iclasında səkkiz qətnamə layihəsi təsdiqlənib
Ən çox oxunanlar