"Fərqliliyin rəngi" festivalının Zəfər Günü ərəfəsində keçirilməsi əlamətdar hadisədir".
Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən "Fərqliliyin rəngi" festivalında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Komitənin "Konstitusiya və Suverenlik İli çərçivəsində" həyata keçirdiyi silsilə tədbirlərdən biri olan festival formatına və məzmununa görə digər tədbirlərdən fərqlənir:
"Festivalın məqsədi Azərbaycanda mövcud olan tolerantlığa, multikultural dəyərlərə vəhdətin bir daha nümayiş etdirilməsindən və bunun inkişafına zəmin yaratmaqdan ibarətdir. Festivalın Zəfər günü ərəfəsində keçirilməsi təsadüfi deyil. Milli birliyimizi, dini həmrəyliyimizi, məzhəblər arası münasibətlərin yüksək təzahürü olan Azərbaycan modelinin Zəfər Günü ərəfəsində nümayiş etdirməsi bizim üçün əlamətdar hadisədir".
Aygün Mirakif