Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Güney Azərbaycan təşkilatları Zəngəzur yolu ilə bağlı birgə bəyanat yayıblar
Bu günlərdə həm İslam Respublikasını dəstəkləyən, həm də ona müxalif olan farsdilli media Azərbaycan və türklər əleyhinə məqalələrlə doludur.
"Report" xəbər verir ki, bu fikirlər Güney Azərbaycanı təmsil edən dörd təşkilatın Zəngəzur yolu ilə bağlı rəsmi Tehranın apardığı təbliğata etiraz olaraq yaydığı birgə bəyanatda yer alıb.
"Güney Azərbaycan siyasi təşkilatları belə şəraitdə Şimali Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklər və Azərbaycanın Zəngəzur üzərindəki tarixi haqqı əsasında Naxçıvana keçid yolunu açmağa tam hüququ olduğunu vurğulayırıq" , - bəyanatda bildirilib.
Qeyd edək ki, bəyanat Azərbaycan Mərkəz Partiyası (AMP), Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), Azərbaycan Öyrənci Hərəkəti (AZOH) və Güney Azərbaycan Demokrat Partiyası (GADP) adından yayılıb.
"Zəngəzur dəhlizi" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib"
- Çinin Zəngəzur dəhlizindəki maraqları hansılardır?
- Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
- Ceyhun Bayramov: "Ermənistan maneəsiz keçidlə bağlı öhdəlik götürüb və bu, yerinə yetirilməlidir"
- Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib