Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Güneyli fəallar Azərbaycanla həmrəylik nümayiş etdiriblər
Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, güneyli fəallar Azərbaycanın Tehrandakı səfirliyinin qarşısına Azərbaycan dövlətinə dəstək mesajları yazılmış əklil qoyublar.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Səfirliyin qarşısına qoyulan əklilin üzərində yazılıb: "Biz Azərbaycanın özüyük! Dövlətimizin yanındayıq, Tehran!".
Bildirilir ki, bu aksiya güneyli fəallar tərəfindən bir müddət əvvəl Ərdəbildə İran hökumətinin keçirdiyi təxribat xarakterli mərasimə cavab olaraq atılıb. Bu simvolik addım həssas regional vəziyyətdə Güney Azərbaycan sakinlərinin Azərbaycan dövləti və suverenliyi ilə həmrəylik və dəstək əlamətidir.
Xatırladaq ki, Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Ameli Çaldıran döyüşü və Kərbəla hadisəsini bir-biri ilə əlaqələndirərək türklər arasında fitnə salmağa çalışıb. Tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqirlər səsləndirilib.
"Azərbaycanın İrandakı səfirliyi" teqi üzrə xəbərlər
- İranın yol və şəhərsalma naziri Şahin Mustafayevlə görüşüb
- İran prezidenti Azərbaycan səfirliyinə hücumla bağlı keçirilən məhkəmədən DANIŞDI
- Baş prokuror: "Səfirliyimizə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir"
- Qərarın icrası gecikir: Bakı İrandakı səfirini geri çağıracaq?
- Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub