Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əlləri yanan bir yaşlı körpənin dəstəyə ehtiyacı var
Bir yaşlı Nurgülün yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Ağayeva məlumat verib.
O bildirib ki, övladı oktyabrın 16-sı ehtiyatsızlıqdan yanıb.
"Nurgül bir yaşındadır, o, oktyabrın 16-sı qaynar termosu üzərinə aşırıb. Onun barmaqları, əlləri, ayaqları yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada bir müddət müalicə alsaq da, artıq evə çıxmışıq. Hazırda Nurgülün mazlarını və dərmanlarını almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 571-32-23.
Kapital Bank: 4169 7388 4900 9307.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- İki yaşlı Fatimənin anası: "O bizim yeganə övladımızdır, müalicə üçün dəstəyə ehtiyacımız var"
- On ildir övlad həsrəti çəkən ana yardım diləyir: "Onun həyatda qalmağı üçün dəstəyə ehtiyacımız var"
- Ağır yanıq xəsarətləri alan Fəridin anası: "Bint almağa da imkanımız yoxdur"
- Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Ağır xəstəliyi olan iki yaşlı Rüfətin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur
Rəylər