Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hikmət Hacıyev Mehdi Sənayi ilə görüşdü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında məlumat verib.
"Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi apardıq. Həmçinin, 2025-ci ilin fevral ayında İrana səfəri zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi", - deyə H.Hacıyev bildirib.
İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə Bakıda görüşdük.
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 1, 2025
Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi… pic.twitter.com/wU9kCwZbVz
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev: "Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi"
- Hikmət Hacıyev Ağdam dəmiryol stansiyasından paylaşım edib
- Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib
- Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb
- Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb