Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hulusi Akar: "Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması prosesi davam edir"
"Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması davamlı prosesdir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA-ya üzv parlamentlərin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin dövlətçiliyini dəstəkləyir:
"Biz artıq bir millət iki dövlət yox, bir millət üç dövlətik. Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdırlar. Bunun üçün birlikdə hərbi təlimlər şərtdir. Silahlar, təchizatlar uyğunlaşdırılmalıdır. Proses uğurla davam edir".
Mərahim Nəsib
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"
- Prezident: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"
- Prezident: "Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir"
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
- Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub