Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İCAPP-ın Bakıda keçirilən xüsusi konfransında bəyanat qəbul edilib - YENİLƏNİB + FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda Bakıda keçirilən xüsusi konfransında bəyanat qəbul edilib.
“Report”un xəbərinə görə, toplantıda YAP sədrinin müavini – Mərkəz Aparatın rəhbəri Tahir Budaqov, ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-Yong, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Ə.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Konfransın birinci hissəsində Tahir Budaqov, Chunq Eui-yong, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Afif Demirkıran çıxış ediblər.
Sonra isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək Azərbaycanın Ermənistana sülh müqaviləsi imzalanması təklif etdiyini xatırladıb:
“Ermənistan ərazi iddialarından əl çəkilməli, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməli, kommunikasiyalar açılmalıdır. Azərbaycanda siyasi partiyalar bununla razıdır, Ermənistanda da siyasi partiyaların buna razı olacağına ümid edirik. Azərbaycan regiona sülh gətirmək niyyətindədir”.
Rusiyanın hakim Vahid Rusiya Partiyasının Baş katibinin müavini Andrey Klimov tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib, İCAPP-ın qəbul etdiyi sənədlərdəki prinsiplərin yerinə yetirilməsini vacib sayıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Xarici əlaqələr üzrə sədr müavini Mehmet Ceylan Azərbaycan və Ermənistan arasında sülh sazişinin ərazi bütövlüyü əsasında imzalanacağına əmin olduğunu və regionda davamlı sülh və sabitliyin təmini üçün tarixi bir şərait yarandığını vurğulayıb.
YAP İdarə Heyətinin üzvü Aynur Sofiyeva nəzərə çatdırıb ki, müharibə bitəndən sonra da Azərbaycan vətəndaşları mina problemindən əziyyət çəkirlər:
“Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 30 il və 25 milyard dollar lazımdır. İnanıram ki, konfransda iştirak edən partiyalar günümüzün aktual problemlərinin həllinə mühüm töhfə verəcəklər. Azərbaycan da qlobal təhlükəsizliyə töhfə verməklə siyasətini həyata keçirəcək”.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) baş katibi Ço Byunq-cae bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev konfransa çox mühüm mesajlar göndərib. O, qonaqpərvərliyə görə təşəkkürünü çatdırıb.
Daha sonra Ço Byunq-cae konfransın Bəyanatı barədə məlumat verib.
Bəyanatda qeyd edilib ki, konfransda regional və qlobal təhlükəsizlik müzakirə olunub:
“Qlobal təhlükəsizliyin təmini üçün siyasi partiyaların imkanından istifadə olunması vacibdir. Siyasi partiyalar müxtəlif ölkələri və cəmiyyətləri, tolerantlığı təmsil olunur. İdeoloji fərqlərə rəğmən, bütün partiyaların təhlükəsizlik, sabitlik və əməkdaşlıq kimi ümumi dəyərləri var. Qlobal təhlükəsizliyi təmin etmək üçün siyasi partiyalar arasında əməkdaşlıq, mütəmadi görüşlərin keçirilməsi önəmlidir”.
Bəyanatda vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat Azərbaycan və Ermənistan arasında, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün geniş imkanlar yaradıb: “Eyni zamanda üçtərəfli Bəyanat regionda davamlı təhlükəsizlik üçün zəmin yaradır”.
YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov çıxışında İCAPP-ın bundan sonra da Asiyada sülh və təhlükəsizliyə böyük töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.
Çıxışlardan sonra konfrans işini yekunlaşdırıb.
10:32
Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransı keçirilir.
“Report” xəbər verir ki, toplantıda YAP sədrinin müavini – Mərkəz Aparatın rəhbəri Tahir Budaqov, ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-Yong, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.
Tədbirdə çıxış edən T.Budaqov bildirib ki, qlobal dünyada təhdidlər artır və belə bir zamanda dialoqa, əməkdaşlığa daha çox ehtiyac var:
“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərpa edilməsi, sülhə və əməkdaşlığa nail olunması üçün bir çox işlər görülüb və görülməkdədir. Azərbaycanda xalqların tolerantlıq şəraitində yaşaması xalqımızın milli sərvəti hesab olunur. Ambisiyalardan, cılız hisslərdən uzaqlaşaraq və qarşılıqlı hörmətlə dünyanı saflaşdıra bilərik”.
O həmçinin qeyd edib ki, 30 ilə yaxın Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb:
“Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə cəhdləri müsbət nəticələnməyib, Ermənistan yeni torpaq iddiaları ilə çıxış edib. Buna görə də 2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücuma başlayaraq torpaqlarını azad edib, bununla BMT-nin 4 məlum sanksiyasını da icra edib”.
Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini oxuyub.
ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-yong konfrans iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini söyləyən Chunq Eui-Yong dünyanın COVID-19 pandemiyası dövründə üzləşdiyi çağırışlar, təhlükəsizliyə təhdidlərdən söz açıb.
Toplantıda çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Afif Demirkıran isə deyib ki, siyasi partiyalar təhlükəsizliyi təşviq edə, bu sahədə dialoq apara bilərlər:
“Münaqişələr ümumən dünyaya təsir göstərir. Rusiya-Ukrayna müharibəsini də bu xüsusda qeyd etmək lazımdır”
Afif Demirkıran Türkiyənin Qara dənizdə taxıl dəhlizinin yaradılması istiqamətində gördüyü işlərdən danışıb:
“Türkiyə strateji bir mövqedə yerləşir və Asiyada mühüm rol oynayır. Biz regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir. Bu gün Türkiyə təhlükəsizlik, ticarət və enerji problemlərinin həll olunmasına öz dəstəyini verir”.
Konfrans hazırda davam edir.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad