Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639 (Cild I) ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"nin 4.7.8-1-ci yarımbəndindən "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.6-cı bəndi nəzərə alınmaqla," sözləri çıxarılır.
Qeyd edək ki, həmin bənd dəyişiklikdən öncə aşağıdakı məzmunda idi:
"4.7.8-1. "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.6-cı bəndi nəzərə alınmaqla, müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Sülh və sabitlik hədəfləyən ortaq maraqlar: Azərbaycan və BƏƏ əməkdaşlığı uğurla inkişaf etdirilir
- Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
- İraq Prezidenti Azərbaycan Prezidentinə başsağlığı verdi
- Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar
- Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub