"Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun təsdiqlənib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Qanunla Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası gəlirlər 39 milyard 184 milyon 560.9 min manat, xərclər 38 milyard 604 milyon 559.6 min manat məbləğində olmaqla təsdiq edilib.
Dövlət başçısı "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 428-VIIQ nömrəli Qanununun tətbiqi barədə fərman da imzalayıb.