İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimi olmuşdur.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Plenar iclası ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç açdı.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra Ranko Krivokapiç, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter çıxış etdilər.
Daha sonra iclas iştirakçılarının sualları cavablandırıldı.