Mayıl Şahverdiyevə general-mayor ali hərbi rütbəsi verilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Şahverdiyev Mayıl Seminar oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavinidir.