Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident İlham Əliyev Suriyanın keçid dövrü prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya məktub göndərib.
Oxu.Az President.az-a istinadla xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.
Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.
Sizə ən xoş arzularımı çatdırır, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
- Efiopiyanın baş naziri Azərbaycan Prezidentini təbrik edib
- Prezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib
- Alyona Əliyeva Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib