Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib - FOTO - VİDEO
Dövlətimizin başçısı Memorialın önünə əklil qoyub.
Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.