Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İnsan hüquqları fəalı: "Boneyr xalqı ana dilində danışmaqdan məhrum edilib"
"Boneyr əhalisinin sayında bu gün kəskin azalma müşahidə olunur".
"Report" xəbər verir ki, bunu insan hüquqları fəalı Ceyms Fins Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda deyib.
"Heç kim bu xalqın mübarizəsi haqqında tam məlumatlı deyil. Bugünkü tədbir bizim müstəqillik mübarizəmizin nümayişidir. Boneyr adasında əhalinin sayı getdikcə azalır. Bu necə baş verir? İnsanlar təzyiqlərlə üzləşdikləri üçün ərazini tərk edirlər. İmmiqrasiya prosesi sayın azalmasına kəskin təsir edir.
Boneyr xalqının üzləşdiyi digər bir ana dilində danışmaqdan və uşaqların bu dildə təhsil almaqdan məhrum edilməsidir. Yerli xalq üçün öz dilində ünsiyyət çox önəmlidir. Ancaq Niderland hökuməti bütün bunları Boneyr xalqının əlindən almağa çalışır", - o qeyd edib.
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Fransa müstəmləkələrindən olan media nümayəndələri Mətbuat Şurasında olublar
- Bakı Təşəbbüs Qrupunun rəhbərliyi ilə xarici media nümayəndələri arasında görüş olub
- Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin ilk dəfə Azərbaycana səfəri başlayıb
- Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz seçib
- BTQ-nin icraçı direktoru: "Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik"