Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İnternet üzərindən satılan dərman preparatları insan sağlamlığına neqativ təsir göstərə bilər
Sağlamlığın qorunması ilə bağlı internet səhifələrində və sosial şəbəkələrdə yayımlanan çoxsaylı tibbi əsaslandırılmamış məlumatlar, internet platformalar üzərindən satılan və keyfiyyəti şübhə doğuran dərman preparatları nəticə etibarilə insan sağlamlığına neqativ təsir göstərə bilər.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Vurğulanıb ki, aidiyyəti dövlət qurumları tərəfindən bu sahəyə nəzarətin gücləndirilməsi, davamlı monitorinqlərin həyata keçirilməsi və problemlərin qanunvericilik səviyyəsində həlli vacibdir.
Bildirilib ki, tibbi xidmətlərin səmərəliliyinin artırılması məqsədilə ictimai səhiyyənin effektivliyinin gücləndirilməsi, uşaq və gənclərin zərərli vərdişlərə aludəçiliyinin qarşısının alınması məqsədilə sağlam həyat tərzinin aşılanması üzrə proqramların, sağlamlıq, idman və digər profilaktik tədbirlərin genişləndirilməsi, maarifləndirici verilişlərin və videoçarxların yayımının artırılması, habelə digər preventiv tədbirlərin gücləndirilməsi zəruridir.
Mərahim Nəsib