"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa prosesinin hər bir addımı düşünülüb, həmçinin orada görülən işlərin keyfiyyəti olduqca yüksəkdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.
O xatırladıb ki, bir neçə həftə əvvəl diplomatik korpusla birlikdə işğaldan azad olunmuş ərazilərə səfər edib.
İqor Qarafuliç WUF13-lə bağlı 32 mindən çox şəxsin qeydiyyatdan keçdiyini vurğulayıb:
"WUF13 həm də müzakirə məkanıdır. Dünyanın hər yerində münaqişələrin baş verdiyi bir dövrdə Azərbaycanın dialoq aparmaq üçün bir məkan təqdim etməsi çox önəmlidir".