Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İran səfiri: Sərhədi piyada keçmək olar
Noyabrın 7-dən Biləsuvar və Culfa sərhəd-buraxılış məntəqələrdə yaranmış gərginlik nisbətən aradan qaldırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, sərhədi piyada keçmək istəyən vətəndaşlar üçün məhdudiyyət aradan qaldırılsa da, yük maşınlar üçün hələlik məhdudiyyət var:
“Avtobusla Azərbaycandan İrana getmək istəyən vətəndaşlara sərhədi keçməyə məhdudiyyət yoxdur, lakin avtomobillərə və yük maşınlarına məhdudiyyət qalmaqdadır”.
Səfir həmçinin əlavə edib ki, dünən axşam Azərbaycandan Naxçıvana göndərilən 175 yük maşınının İrana keçməsinə icazə verilib.
Qeyd edək ki, noyabrın 8-də İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.
Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.
"Biləsuvar" teqi üzrə xəbərlər
- Vəzifəli şəxsin qardaşının meyiti TAPILDI
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar? - Araşdırmalara BAŞLANILDI
- Avtomobili yoxdur, amma 800 manat cəriməsi var
- Biləsuvarda 2 qardaş qəzaya düşüb, üçüncü qardaş sürücüyə bıçaqla hücum edib