Hətta erməni deputatlar öz ölkələri tərəfindən işğalı olunmuş Dağlıq Qarabağın tanınması məsələsinin müzakirəsinin nə dərəcədə cəfəng bir fikir olduğunu anlayırlar.
Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınmasının müzakirəsi məsələsinin özü bir avantüradır.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, bu barədə noyabrın 12-də erməni parlamentinin hakim Respublikaçılar partiyasının fraksiyasından olan deputatı Naira Karapetyan bəyan edib.
“Qanun layihəsinin müəllifinin (Zarui Postancyan – red.) sözlərində mən heç bir əsas yaxud arqument eşitmədim, heç bir ağıllı yanaşma, alternativ həll yolu görmədim.
Danışıqların uğursuzluqla başa çatması barədə gurultulu bəyanatlar vermək, Dağlıq Qarabağ məsələsində ölkə rəhbərliyinin siyasətinə inamsızlığı ifadə etmək bəhanədən yararlanmaq çox asandır.
Biz bu problemi necə həll edəcəyik? Bu “vətənpərvər” layihə bizə nə verəcək? Cavab yoxdur” – deyə, erməni deputat vurğulayıb.
Qeyd edək ki. Dünən erməni parlamentinin deputatı Zauri Postancyan bu ölkənin ali qanunverici orqanında Dağlıq Qarabağın tanınması barədə qanunun müzakirəyə çıxarılması təşəbbüsünü irəli sürüb.