Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İrəvan Bakı ilə müqavilədən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətini zəruri hesab etmir
Ermənistan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra beynəlxalq danışıqlar formatı - ATƏT-in Minsk qrupunun (onun həmsədrləri Rusiya, ABŞ və Fransadır) fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun hesab etmir.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu parlamentdə Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib.
"Hesab edirik ki, Azərbaycanla münasibətlərin normallaşmasından, sülh müqaviləsinin imzalanmasından sonra münaqişə kağız üzərində institusional olaraq başa çatacaq və ATƏT-in Minsk qrupuna ehtiyac olmayacaq", - deyə o bildirib.
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- Mirzoyan: "Müqavilə mətnində ermənilərlə azərbaycanlıların qarşılıqlı qayıtması barədə bənd yoxdur"
- Azərbaycan və Ermənistan arasında saziş imzalandıqdan sonra Aİ missiyasının taleyi necə olacaq?
- Mirzoyan Bakı ilə sülh sazişi və ərazi bütövlüyünün tanınması haqqında: "Ərazilər göstərilməyib"
- Ermənistan və Niderland strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
- Ararat Mirzoyan: "Ermənistan Hindistan silahlarını almaqda maraqlıdır"
Ən çox oxunanlar