Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib
"2024-cü ildə Rusiya ilə dövlət sərhədində demarkasiya işləri davam etdirilib, yüksək dağlıq ərazilərdə dövlət sərhəd xəttinin keçdiyi yerlər müəyyən edilib, 6 nöqtədə yeni sərhəd nişanı quraşdırılıb, 2 nöqtədə sərhəd nişanı bərpa olunub və 9 nöqtədə sərhəd nişanının quraşdırma yerləri müəyyənləşdirilib".
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, aparılmış demarkasiya işləri nəticəsində Azərbaycan-Rusiya dövlət sərhədi boyunca quraşdırılmış sərhəd nişanlarının ümumi sayı 193-ə (146 əsas, 47 köməkçi) çatdırılıb.
Hesabat dövründə Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin 202.5 km-lik hissəsində (Zəngilan, Qubadlı rayonları və qismən Laçın rayonu) zəruri sərhəd infrastrukturu yaradılaraq müdafiə mövqeləri möhkəmləndirilib.
Mərahim Nəsib
"Hökumətin Milli Məclisdə hesabatı - 2025" teqi üzrə xəbərlər
- Məcburi köçkünə ərə getmiş və ya ondan boşanmış qadına müavinət verilə bilər
- Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub
- Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
- Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı
- Ötən il deputatlardan hökumətə neçə müraciət daxil olub? - Baş nazir AÇIQLADI