Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi
Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Qanuna əsasən, İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260 700 000 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
1. İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000 manat;
2. İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000 manat.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bundan başqa, dövlət başçısı "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.