Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycan və Ermənistanı barışdırmaq istəyir.
Oxu.Az Ann.az-a istinadən xəbər verir ki, bu sözləri İvanişvili bu gün jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, Gürcüstan silahlanmır:
“Mənim Rusiyanın bizim dostlarımız olan Azərbaycana və Ermənistana silah satması barədə informasiyam yoxdur. Mən Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istəyirdim. Çox pisdir ki, onların arasında belə münasibətlər var”.