İordaniya Senatı Xocalı Soyqırımı ilə bağlı Bəyanat qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi saytında yerləşdirilib.
Bəyanatda qeyd olunur ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının toplantısında Xocalı qırğını ilə bağlı qəbul olunmuş qərarlara uyğun olaraq və sözügedən qırğının 20-ci ildönümü ilə əlaqədar, habelə Senat nümayəndə heyətinin Azərbaycana gerçəkləşdirdiyi səfəri fonunda İordaniya Senatı Xocalıda müsəlman Azərbaycan xalqının məruz qaldığı təcavüzü, İslam irs itkini pisləyir və azərbaycanlı qaçqın və məcburi köçkünlərə öz yurd-yuvalarına qayıdanadək humanitar yardımlar göstərməyə səsləyir.
Elvin Əhmədov
www.oxu.az