Rusiyanı daima müsəlman dünyası ilə mübahisə etdirirlər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski keçirdiyi mətbuat konfransında deyib.
“Hər şey cənubdan gəlir, hamısı qarşıdurmadır. Əfqanıstana girmək olmazdı - müdaxilə xüsusilə provakasiya edildi ki, müsəlman aləmi ilə mübahisə düşsün. Çeçenistanda müharibə olmamalı idi - Rusiyanı müsəlmanlarla dalaşdırmaq üçün bilərəkdən silah verilib. Daima mübahisə salırlar, təxribat edirlər. Ermənistan və Azərbaycan - qəsdəndir! Biz Ermənistanı müdafiə etməliyik. Əks halda Türkiyə və Azərbaycan onu məhv edəcək. Buda bu. Hamı Rusiyaya qarşıdır. Biz Suriyanı müdafiə edirik? Bizə bu Əsəd lazımdır? Bu İrana növbəti zərbədir. İran isə Cənubi Qafqazdır”, deyə o bildirib.